Neftçalada maşın çaya düşdü: ölən var

Neftçalada maşın çaya düşdü: ölən var
  08 Mart 2014    Oxunub:1599
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Neftçala rayonu, Cəngan kəndi ərazisində Kür çayına “VAZ” markalı minik avtomobili düşüb.
Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin dalğıcları, Muğan Regional Mərkəzinin xilasediciləri ilə birlikdə nəqliyyat vasitəsini və sürücü 1977-ci il təvəllüdlü Nəcəfov Şamil Fazil oğlunun cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 22:35-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti