Bayramda hava buludlu olacaq

Bayramda hava buludlu olacaq
  08 Mart 2014    Oxunub:1194
AzVision.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava, əsasən, axşam və gecə bəzi yerlərdə havanın yağıntılı, gündüz isə dəyişkən buludlu olacağı gözlənilir.

Temperatur gecə 2-4°, gündüz 6-8° isti, Bakıda gecə 2-4°, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 777 mm civə sütunundan 771 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir yağıntı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 0-5°, gündüz 10-15° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağıntı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperatur gecə 0-5°, gündüz 12-17° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağıntı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 2-4° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağıntı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 2-7°, gündüz 11-16° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağıntı olacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Temperaturun gecə 4-7°, gündüz 11-16° isti, dağlarda gecə 0-4°, gündüz 4-9° isti olacağı gözlənilir.

AzərTAc


Teqlər:





Xəbər lenti