Lökbatanda vəziyyət normallaşıb

Lökbatanda vəziyyət normallaşıb
  06 Mart 2014    Oxunub:1407
İnsanların çərşənbə günü axşam qazla kütləvi zəhərlənməsi olan Lökbatan qəsəbəsindəki vəziyyət normallaşıb. İnsanların əksəriyyətinə yerindəcə ilkin tibbi yardım göstərilib, bundan sonra onlar evə buraxılıblar.
Lökbatan qəsəbəsində ən azı 80 nəfərə yaxın insan qazdan zəhərlənib. Bu barədə Trend hadisə yerindən məlumat verir.
İnsanların zəhərlənməsi odorant maddəsinin həddən artıq böyük dozası nəticəsində baş verib. Bildirilir ki, qazın verilişi qəsəbəyə dayandırılıb, bir neçə saat sonra isə yenidən bərpa olunub (`Trend`).


Teqlər:





Xəbər lenti