Metroda faciə- 25 yaşlı oğlan özünü qatarın altına atdı

Metroda faciə- 25 yaşlı oğlan özünü qatarın altına atdı
  05 Mart 2014    Oxunub:1764
Müxtəlif xəsarətlər alan gəncin sağ qolu amputasiya olunub
Bakı metrosunda faciəli hadisə baş verib. Təcilli Tibbi Yardım Stansiyasından verilən məlumata görə, hadisə bu gün metronun “Ulduz” stansiyasında qeydə alınıb.

25 yaşlı oğlan (kimliyi hələ məlum deyil) özünü qatarın altına atıb. Hadisə yerində olan sərnişinlərin köməkliyi ilə təcilli tibbi yardım stansiyasının həkimlərinə təhvil verilən yaralı xəstəxanaya aparılıb.

Onun sağ qolu amputasiya olunub.

Bakı Metropolitenindən bildirilib ki, “Ulduz” stansiyasında bir nəfər özünü “Nərimanov” stansiyasından gələn qatarın altına atıb.

Bu səbəbdən elektrik cərəyanı ayrılıb, qatarların fəaliyyətində fasilə yaranıb.

Metropolitendən o da bildirilib ki, özünün qatarın altına atan şəxs xilas edilib.(apa)


Teqlər:  





Xəbər lenti