Dənizlinin sirrli piri – REPORTAJ

Dənizlinin sirrli piri – REPORTAJ
  05 Mart 2014    Oxunub:1288
Hüsaməddin Dədə türbəsi haqqında qəribə rəvayətlər dolaşır
Türkiyənin Dənizli şəhərində Baklan mahalı var. Mərkəzdən avtomobillə təxminən 1 saatlıq uzaqlıqda yerləşir. Fərqli mental düşüncələrilə sakinləri, qapalı həyatları olsa da, sivilizasiyadan uzaq deyillər.

Balkan mahalını məşhurlaşdıran məkanlardan biri də Alperen Hüsaməddin Qazi bəy türbəsidir. El arasında Hüsaməddin Dədə türbəsi də deyilir.

1210-ci ildə Türkiyə hüququ dövlət statusuna keçdikdən sonra Dənizli bölgəsində bir çox qəhrəman qazilər şəhid düşmüşdü. Fəthlər əsnasında Baklana gəlmiş Alperen Hüsaməddin Qazi bəy, Menderes hövzəsini düşmənlərdən təmizləyir. Bizanslılarla vuruşarkən 1252-ci ildə sonradan yanına təyin etdiyi üç tale yoldaşı - Osman bəy, İsa bəy və Mahmud Qazi bəy ilə birgə şəhid olur.

Alperen Hüsaməddin Qazinin məzarının türbə olaraq hazırlanması da təsadüfi deyil. Belə ki, dövrünün tanımış din xadimi olan bu şəxsiyyət həyatının sonuna qədər həmin ərazinin türkləşməsilə yanaşı, islamlaşmasının memarlarından biri olmuşdu.

Türbə ətrafında dolaşan rəvayətlər

Türbə ilə tanışlığımda mənə bələdçilik edən bələdiyyə polisi Sərdar Dərəli deyir ki, Hüsaməddin Qazi bəy türbəsi ətrafında çox rəvayətlər gəzir: "Məsələn, gah deyirlər türbə bir gecənin içində tikilib, gah deyirlər cümə axşamları türbə ətrafında kimlərsə şamla dolaşır... Amma bu deyilənlərin doğruluq dərəcəsini təsdiq və ya inkar edən hər hansı bir dəlil, sübut yoxdur. Lakin türbənin Baklan əhalisi arasında inanc yeri olması da danışlmazdır. Uzun illərdən bəri hər il insanlar bu məkana pənah gətirir. Türbə, övlad arzulayanların, şəfa istəyənlərin, müxtəlif səbəblərdən imdad diləyənlərin tək ümid yerinə çevrilib. Hərə diləyini bir cür ifadə edir – qurban kəsməklə, pul atmaqla, yaylıq bağlamaqla... Özəlliklə Qurban və Ramazan bayramlarında ziyarətçi sayı çoxalır”.

Keçmişdən qalanlar

Onu da deyirlər ki, türbə var olduğu zamandan bir çox talesizliklərə məruz qalıb. İnsanların baxımsızlığı, ilgisizliyi üzündən dəfələrlə talan olunub. İldırıb çaxması nəticəsində bina və ətrafdakı ən qocanam ağac ildırımın "qəzəbi”nə tuş gəlib. Talanlar zamanı də oğurluq halları da olub. Qədim dövrü andıran əşyalardan sadəcə bir şamdan, bir sınıq boşqab, bir də təyinatı bilinməyən əşya qalıb ki, onlar da türbə içində, divara hörülmüş rəfdə qorunur. Yeri gəlmişkən, elə rəfin qapısı da türbənin yaşı qədərdir.

Oğurluq əşyalar arasında Baklan mahalının tarixi keçmişi, türbə, Hüsameddin Qazi əfəndi haqda bilgilər və Qurani Kərim də vardı. Sonuncu oğurluq 70-80-ci illər arası olub, dəqiq tarixi heç kim xatırlamır. O zaman türbəyə giriş-çıxış sərbəst, nəzarətsiz olduğu üçün belə hallardan qaçmaq da mümkün olmayıb. Son illərdə türbəyə ciddi nəzarət artıb. Belə ki, artıq 13 ildir ki, bu məkan, Türkiyənin Mədəniyyət Nazirliyinin tabeliyindədir.

Türbədə xəzinə varmı?

Türbədə, Hüsaməddin Qazi əfəndi ilə eyni məkanda uyuyan digər üç məzar var ki, əfəndinin övladlarına məxsus olduğu deyilir. Amma sirlərlə dolu olan türbədə bu məlumat da dəqiq deyil.

Sərfar Dərəlinin sözlərinə görə, illər öncə səyyahlar, xəzinə axtaranlar türbə ətrafında xəzinə olması haqda şaiyələrin sorağına gəlmişdilər. Amma indiyədək "xəzinə tapdım” deyə birinə rastlanmayıb.

Türbə ətrafında qocaman bir ağac var. İldırım vurması nəticəsində az qala kökündən parçalansa da hələ də "ayaqdadır” və böyüməyə, qanadları ilə ətrafı kölgəsi altına almağa davam edir. Baklanda kimdən soruşsan ki, "ağacın neçə yaşı var”, cavab özünü çox gözlətməyəcək: "Türbənin yaş qədər”. Bu ağac da insanların dilində, gözündə müqəddəs sayılmaqdadır.


Sevda Babayeva
Dənizli, Balkan mahalı (Türkiyə)

AzVision.az üçün

Qalereya




Teqlər:  





Xəbər lenti