Bir hərbçi yaralandı

Bir hərbçi yaralandı
  04 Mart 2014    Oxunub:1200
Ucarda hərbçi yol qəzasında yaralandı.
Ucar rayonunun Alpout kəndi ərazisində baş verən yol qəzasında biri hərbçi olmaqla, üç nəfər xəsarət alıb.

AzVision.az El TV-yə istinadən məlumat verir ki, Ucar rayon sakini, 24 yaşlı Elvin Rəhimovun idarə etdiyi "VAZ-2104" və Ağdam rayon sakini, 31 yaşlı Faiq Mehdiyevin idarə etdiyi "Mercedes" markalı minik avtomobilləri toqquşub.

Nəticədə "VAZ-2104"-ün sürücüsü E.Rəhimov və onun sərnişini, 22 yaşlı Vüsal Mahmudov və "Mercedes"in sərnişini, müddətdən artıq xidmət edən hərbçi, Hacıqabul rayon sakini 26 yaşlı Niyaməddin Nuruyev xəsarət alıb. Onlar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.



Teqlər:  





Xəbər lenti