Ermənistan uşaqları döyüşə cəlb edir - VİDEO

  24 Oktyabr 2020    Oxunub : 4900
Ermənistan uşaqları döyüşə cəlb edir -  VİDEO
Ermənistan ordusunda əsgər və zabit çatışmazlığı problemi pik həddə çatıb. Azərbaycan Silahlı Qüvvələri qarşısında məğlub duruma düşən erməni ordusu xeyli sayda itki verib, yüzlərlə hərbçi isə silah-sursatını ataraq qaçıb. Cəbhə xəttinə göndərməyə adam tapmayan Ermənistan rəhbərliyi qoca və qadınlarla yanaşı, uşaqları da döyüşlərə cəlb etməyə başlayıb.
Azvision.az -ın məlumatına görə, düşmən tərəfində azyaşlı və yeniyetmələrin məcburi şəkildə müharibədə iştirakına dair videogörüntü yayılıb.

Təqdim etdiyimiz kadrlardan göründüyü kimi, 12-13 yaşlı yeniyetmə erməni Azərbaycana qarşı döyüşdə iştirak edir. Ermənistan rəhbərliyi bununla beynəlxalq qanunları, BMT-nin, UNİCEF-in, Paris konvensiyasının uşaq hüquqları ilə bağlı tələblərini aşkar şəkildə pozur.



Xatırladaq ki, uşaqların ordu və digər silahlı dəstələr sırasında xidmətə cəlb olunması beynəlxalq hüquqa əsasən hərbi cinayət hesab olunur. Bu, İrəvanın hərbi əməliyyatlara uşaqları cəlb etməsi ilə bağlı ilk fakt deyil. Bu cür hadisələr birinci Qarabağ müharibəsi zamanı da qeydə alınıb.

Azvision.az

Teqlər: Düşmən   Uşaq