“Biz bunu istəmirik, hökumət üçün ağır qərardır” - Nazir müavini

  “Biz bunu istəmirik, hökumət üçün ağır qərardır” -    Nazir müavini
  08 Avqust 2020    Oxunub:5451
Vətəndaşlar, cəmiyyət yeni həyat tərzinə hazır olmalı, biznes nümayəndələri yeni qaydalara əsasən fəaliyyətlərini bərpa etməlidir.
Azvision.az xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, qaydalara riayət olunmasa, əldə edilən pozitiv trendlər mənfiyə doğru dəyişəcək və hökumət yenidən bu məsələyə baxacaq.

“Biz bunu istəmirik, hökumət üçün ağır və ağrılı qərarlardır. İqtisadi aktivliyin təmin olunmasını istəyirik. Son dövlərdə rəqəmsal platformadan istifadə etməklə malların çatdırılmasında müsbət trend görmüşük. Rəqəmsal iqtisadiyyat davam etdirilsə, sahibkarların orta və uzun müddətdə rəqabət qabiliyyətliliyinə təsir edəcək”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Nazir-müavini   Rövşən-Nəcəf  





Xəbər lenti