ÜST rəhbəri fövqəladə iclas çağırır

ÜST rəhbəri fövqəladə iclas çağırır
  27 İyul 2020    Oxunub:3117
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bu həftə dünyada COVID-19 pandemiyası ilə bağlı vəziyyəti qiymətləndirmək üçün fövqəladə iclas çağıracaq.
Azvision.az xəbər verir ki, bunu Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən mətbuat konfransında deyib.

"Cümə axşamı ÜST-ün COVID-19-u dünya miqayasında ictimai sağlamlıq üçün fövqəladə vəziyyət elan etməsindən 6 ay keçir. Beynəlxalq qaydalarda tələb olunduğu kimi, bu həftə yenidən fövqəladə komissiyanı çağıracağam ki, pandemiya ilə əlaqədar vəziyyəti yenidən qiymətləndirsin və mənə müvafiq məsləhətlər versin".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ÜST   Pandemiya  





Xəbər lenti