Ukraynada yüzlərlə uşaqda koronavirus aşkar edildi

Ukraynada yüzlərlə uşaqda koronavirus aşkar edildi
  27 İyul 2020    Oxunub:3174
Ukraynada son sutka ərzində daha 807 nəfər koronavirusa yoluxub. Onlardan 65-i uşaq, 43-ü tibb işçisidir.
Azvision.az Ukrayna Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, ölkədə ümumi yoluxma sayı 65 min 656 nəfərə çatıb. Yoluxanlardan 4661-ü uşaq, 8380-ni tibb işçisidir.

Son sutkada pandemiya qurbanlarının sayı 11 nəfər artaraq 1616-ya yüksəlib, indiyədək 36 min 122 xəstə sağalaraq evə buraxılıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna   virus  





Xəbər lenti