Nazirlik bu şəxslərə SMS bildirişlər göndərir

Nazirlik bu şəxslərə SMS bildirişlər göndərir
  08 İyul 2020    Oxunub:2709
İqtisadiyyat Nazirliyi tərəfindən istehlakçılara bildirişlər göndərilir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasında zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması ən vacib amillərdəndir.

Bu tələblərə riayət olunmasının vacibliyinin bir daha istehlakçıların diqqətinə çatdırılması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən SMS bildirişlərin göndərilməsinə başlanılıb. Belə ki, iyulun 5-dən etibarən “Azercell”, “Bakcell” və “Azerfon” mobil operatorları vasitəsilə istehlakçılara ticarət mərkəzlərindən alış-veriş zamanı tibbi maskadan istifadə, sosial məsafənin saxlanılması və dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi barədə bildirişlər göndərilir.

Azvision.az


Teqlər: Nazirlik   SMS  





Xəbər lenti