Avrokuboklara gedəcək Azərbaycan klubları
Koronavirus pandemiyası səbəbindən dayandırılan Azərbaycan Premyer Liqası və Azərbaycan kubokunun yarımçıq başa çatdırılmasından sonra qitə arenasına çıxacaq “dördlük” dəqiqləşib.
Belə ki, çempion elan olunan “Qarabağ” Çempionlar Liqasında, digər iki mükafatçı “Neftçi” və “Keşlə” isə Avropa Liqasında oynamaq hüququ qazanıb. Ölkə kubokunda qalib bəlli olmadığından 4-cü yerin sahibi - “Sumqayıt” ikinci dərəcəli qitə kubokunda oynayacaq.
Qeyd edək ki, təmsilçilərimizin hamısı yarışa I təsnifat mərhələsindən başlayacaq. Bir oyundan ibarət mərhələ Avropa Liqasında avqustun 18-19-da, Çempionlar Liqasında 24-25-də başlayacaq.
Azvision.az