Yasamalda 35 yaşlı kişi öldürüldü

 Yasamalda 35 yaşlı kişi öldürüldü
  18 İyun 2020    Oxunub:3121
Bakıda qətl hadisəsi baş verib.
Yasamal rayon prokurorluğundan Azvision.az -a verilən məlumata görə, prokurorluğa iyunun 17-də saat 23 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1985-ci il təvəllüdlü Cəlal Hüseynovun naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin dairəsinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azvision.az



Teqlər: Prokurorluq   Qətl   Yasamal  





Xəbər lenti