Bakıda 33 yaşlı kişi dənizdə batıb

 Bakıda 33 yaşlı kişi dənizdə batıb
  18 İyun 2020    Oxunub:3095
Binə sakini Xəzər dənizində batıb.
Xəzər rayon Prokurorluğundan Azvision.az -a bildirilib ki, prokurorluğa Binə qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tural Qasımovun ötən gün saat 19 radələrində dostu ilə birlikdə Şüvəlan qəsəbəsi “Mayak” çimərliyində dənizdə üzərkən boğularaq ölməsi barədə məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən dərhal hal şahidlərinin iştirakı ilə meyitə baxış keçirilib, izahatlar alınıb və digər zəruri prosesual hərəkətlər həyata keçirilib. T. Qasımovun meyiti MTEPAB-nın Xəzər rayon Şöbəsinə müayinə olunması üçün təqdim edilib.

Hazırda faktla bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır.

Azvision.az



Teqlər: Binə   Xəzər   Prokurorluq  





Xəbər lenti