Lökbatanda ağır qəza, ölən və yaralılar var

Lökbatanda ağır qəza, ölən və yaralılar var
  17 İyun 2020    Oxunub:2449
İyunun 16-da saat 23 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Bəhrəm Rzayevin idarə etdiyi “BMW” və Cəbrayıl rayon sakini S.Kərimzadənin idarə etdiyi “Renault” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə B.Rzayev hadisə yerində ölüb, iki sərnişini xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti