Azərbaycan əhalisi ərzağa milyonlar xərcləyir

Azərbaycan əhalisi ərzağa milyonlar xərcləyir
  12 İyun 2020    Oxunub:4397
Bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14567,2 mln. manatlıq, o cümlədən 7827,7 mln. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6739,5 mln. manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,7%, o cümlədən qeyri-ərzaq malları üzrə 6,7% azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,2% artıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 292,6 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 157,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 135,4 manatlıq qeyri-ərzaq malları alıb.

Azvision.az



Teqlər: Ərzaq  





Xəbər lenti