Qaraçuxurda ev yanır

Qaraçuxurda ev yanır
  12 İyun 2020    Oxunub:2666
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində fərdi evdə yanğın olması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: Yanğın   FHN   Bakı  





Xəbər lenti