BNA: Digər xətlər üzrə də dəyişikliklər olacaq

   BNA:    Digər xətlər üzrə də dəyişikliklər olacaq
  11 İyun 2020    Oxunub:3397
Son 20 gündə üç problemli marşrut xətti ilə bağlı mühüm dəyişikliyin şahidi olduq.
Azvision.az xəbər verir ki, bunu BNA-nın Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, sərnişinlərin ən çox şikayət etdiyi 11, 24 və 30 nömrəli marşrut xətləri üzrə norma və standartlara uyğun gəlməyən köhnə avtobuslar müasir və komfortlu nəqliyyat vasitələri ilə əvəz edildi.

"3 marşrut xəttinin dəyişilməsi ilə Bakıxanov, Qaraçuxur, 8-ci kilometr kimi qəsəbələrin müasir avtobuslarla şəhər mərkəzi ilə əlaqələndirməsi təmin edilib. Bunun üçün 3 marşrut xətti üzrə 60-a yaxın avtobus ayrılıb. Dəyişikliklər pandemiya şəraitində baş verir və bu o deməkdir ki, karantin dövrünin çətinliklərinə baxmayaraq vətəndaşların rahatlığı üçün nəzərdə tutulan tədbirlər təxirə salınmayıb. Qarşıdakı həftələrdə müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə olunan digər xətlər üzrə də dəyişikliklər olacaq".



Azvision.az


Teqlər: BNA   Avtobus  





Xəbər lenti