Hacıqabulda intihara cəhdin qarşısı alındı

Hacıqabulda intihara cəhdin qarşısı alındı
  09 İyun 2020    Oxunub:2395
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Hacıqabul rayonunda dəmiryolu stansiyasının ərazisində 1 nəfər hündürlüyü təxminən 30 m olan konstruksiyanın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Azvision.az


Teqlər: Hacıqabul   FHN  





Xəbər lenti