Binəqədidə evdən 1200 manatlıq qızıl oğurlanıb

Binəqədidə evdən 1200 manatlıq qızıl oğurlanıb
  08 İyun 2020    Oxunub:3255
Bakıda oğurluq edən şəxs tutulub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 5-də rayon ərazisindəki evlərin birindən 1200 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Salmanzadə saxlanılıb.

Azvision.az


Teqlər: Binəqədi   Oğurluq  





Xəbər lenti