Yolu keçən piyadanı maşın vurub öldürdü

Yolu keçən piyadanı maşın vurub öldürdü
  08 İyun 2020    Oxunub:2801
Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, iyunun 6-da saat 23 radələrində Göyçay şəhəri ərazisində şəhər sakini İ.Bəşirov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən həmyerlisi Vüqar Yusifovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Göyçay Raayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Göyçay   Qəza  





Xəbər lenti