Gəncə və Goranboy sakinləri narkotiklə tutuldu
Şəxsi axtarış zamanı onun üzərindən 1 ədəd kibrit qutusunda qablaşdırılmış qurudulmuş marixuana aşkar edilərək götürülüb. Eyni zamanda E. Əzizovun narkotiki 40 manat müqabilində Gəncə şəhər sakini Rasim Talıbovdan aldığı müəyyən edilib.
Davam etdirilən tədbirlərlə R. Talıbov da saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı əlində daşıdığı sellofan torbadan 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirlir.
Azvision.az
Teqlər: DİN