Keçmiş məhkum 3 evdən oğurluq etdi

  05 İyun 2020    Oxunub : 2045
Keçmiş məhkum 3 evdən oğurluq etdi
Binəqədi rayonu ərazisindəki evlərdən oğurluqdan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 3 evin həyətindən ev quşu, su nasosu, məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan V.Xəlilov saxlanılıb.

Azvision.az

Teqlər: DİN