Çin alimlərinin ABŞ-a girişi qadağan edildi

  30 May 2020    Oxunub : 3309
 Çin alimlərinin ABŞ-a girişi qadağan edildi
ABŞ Prezidenti Donald Tramp Çin alimlərinin Birləşmiş Ştatlara girişinə qadağa qoyub.

Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Trampın fikrincə, çinliləri Amerika texnologiyasına yaxın buraxmaq olmaz. Onlar bundan ordunun ehtiyacları üçün istifadə edə bilərlər.
ABŞ Prezidenti, həmçinin, hissələrini ABŞ birjalarında satan Çin korporasiyalarına qarşı tədbir görməyə hazır olduğunu açıqlayıb:

"Mümkün məhdudiyyətlərin rəsmi səbəbi Amerika vətəndaşlarını riskli investisiyalardan qorumaqdır",- deyə Tramp bildirib.

İqtisadçıların fikrincə, söhbət mahiyyətcə yeni gizli sanksiyalardan gedir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: ABŞ   Çin