Neymar 80 oyuna 110 milyon qazandı

Neymar 80 oyuna 110 milyon qazandı
  29 Aprel 2020    Oxunub:6229
Fransanın "Paris Sen-Jermen” futbol klubunun braziliyalı ulduzu Neymar transferindən ötən 3 il ərzində keçirilmiş 150 oyundan cəmi 80-də komandasına kömək edib.
Azvision.az xəbər verir ki, buna baxmayaraq, braziliyalı 110 milyon avro məvacib alıb. İlinə 37 milyon avro ödənilən Neymar hər oyuna 1.4 milyon avro qazanır.

Xatırladaq ki, Neymar 2017-ci ildə "Barselona"dan 222 milyon avro qarşılığında "Paris Sen-Jermen”ə transfer olunub.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Neymar   PSJ   Futbol  





Xəbər lenti