Sabah hava yağmursuz olacaq

  03 Yanvar 2014    Oxunub : 634
Sabah hava yağmursuz olacaq
Yanvarın 4-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat.
Bakıda və Abşeron yarımadasında

Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər zəif duman, gecəyə doğru yarımadanın bəzi yerlərində yağıntılı olacağı ehtimalı vardır.

Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 75-85 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında

Arabir duman olacağı, bəzi yerlərdə zəif qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 12-17° şaxta, gündüz 5-10° şaxta olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, KəlbəcərDaşkəsən-Gədəbəy rayonlarında

Əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperatur gecə 5-10° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti təşkil edəcək.

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Əsasən yağmursuz olacaq. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz, Qusar rayonlarında

Əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman, axşam isə şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-7° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° şaxta təşkil edəcəkdir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad,Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Axşam isə şərq rayonlarında yağış yağacağı ehtimalı var.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaqdır.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Arabir yağıntılı olacaq, səhər dağlarda duman ehtimalı vardır.

Temperatur gecə 0-5° isti, gündüz 6-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti təşkil edəcəkdir.

Teqlər: