Teymur Rəcəbov onlayn turnirdə uduzdu

Teymur Rəcəbov onlayn turnirdə uduzdu
  13 Aprel 2020    Oxunub:4824
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov “Pepe Cuenca Invitational” onlayn şahmat turnirinin dörddəbir finalında mübarizə aparıb.
Azvision.az xəbər verir ki, 8 şahmatçının qatıldığı yarışda Rəcəbovun ilk rəqibi ispaniyalı David Anton olub. Şahmatçılar hər gedişə 2 saniyə əlavə edilməklə 3 dəqiqəlik qarşılaşmalar keçiriblər.

Qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb - 7:6. Şahmatçımız 13 turdan 3-də, ispan şahmatçısı isə 4-də qələbə qazanıb. Qalan turlar isə heç-heçə ilə nəticələnib.

Qeyd edək ki, aprelin 15-də yarımfinal, 17-də isə final qarşılaşmaları keçiriləcək.

Azvision.az


Teqlər: Şahmat   Teymur-Rəcəbov  





Xəbər lenti