Şahmatçılarımız onlayn blits turnirdə mübarizə aparıb

Şahmatçılarımız onlayn blits turnirdə mübarizə aparıb
  13 Aprel 2020    Oxunub:3909
Fransada “C'Chartres Echecs” şahmat klubu və “Europe Échecs” şahmat platformasının birgə təşkilatçılığı ilə onlayn blits turniri keçirilib.
Azvision.az xəbər verir ki, Azərbaycan şahmatçısı Rauf Məmmədov turnirdə 9 xal toplayaraq ukraynalı Vasili İvançukla 5-6-cı yerləri bölüşüb. Digər şahmatçılarımız Qədir Məmmədov 8 xal, Namiq Quliyev 6 xal toplayıblar.

Turnirdə 11 turdan 10 xal toplayan gürcüstanlı Bahadur Cobava və FIDE bayrağı altında çıxış edən Əlirza Firuzca 1-2-ci yerləri bölüşüblər. Mükafat fondu 1200 avro olan turnirdə 342 şahmatçı iştirak edib.

Azvision.az



Teqlər:





Xəbər lenti