Bakıda keçiriləcək dünya çempionatı gələn ilə qaldı

Bakıda keçiriləcək dünya çempionatı gələn ilə qaldı
  10 Aprel 2020    Oxunub:3226
Bakıda keçirilməsi planlaşdırıldığı halda, təxirə salınmış aerobika gimnastikası üzrə dünya çempionatı 2021-ci ildə baş tutacaq.
Beynəlxalq Gimnastika Federasiyasından (FIG) Azvision.az -a verilən məlumata görə, bütün dünya çempionatları növbəti ildə keçiriləcək və bu yarışların tarixinin yenidən planlaşdırılması üçün təşkilatçı federasiyalarla əlaqə saxlanılır.

Qeyd edək ki, Bakıdakı dünya çempionatı 14 - 16 mayda nəzərdə tutulmuşdu. Yarış koronavirus pandemiyasına görə təxirə salınıb.

Azvision.az



Teqlər: Gimnastika  





Xəbər lenti