Millimizin FİFA reytinqində mövqeyi dəyişmədi

Millimizin FİFA reytinqində mövqeyi dəyişmədi
  10 Aprel 2020    Oxunub:3140
FIFA futbol üzrə milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Azvision.az xəbər verir ki, fevral ayı ilə müqayisədə Azərbaycan millisinin mövqeyində dəyişiklik olmayıb. Yığma komandamız siyahıda 1177 xalla 114-cü pillədə qərarlaşıb.

İlk üçlükdə Belçika (1765), Fransa (1733) və Braziliya (1712) yığmaları yer alıb.

Azvision.az



Teqlər: FİFA  





Xəbər lenti