Sumqayıt Kimya Sənaye Parkında 5 min nəfər işlə təmin olunub

Sumqayıt Kimya Sənaye Parkında 5 min nəfər işlə təmin olunub
  07 Aprel 2020    Oxunub:2931
Bu günə qədər Sumqayıt Kimya Sənaye Parkında 22 sahibkara rezident statusu verilib. Hazırda 14 rezident istər daxili, istərsə də xarici bazarlar üçün məhsul istehsal edir.
Azvision.az xəbər verir ki, bunu “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov deyib. O bildirib ki, sənaye parkının ümumi investisiya portfeli 3,1 milyard dollar qiymətləndirilir.

“Sənaye parkına real kapital qoyuluşu 2,8 milyard dollardır. Hazırda burada 5 mindən artıq insan işlə təmin olunub”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Sumqayıt   Sənaye   İşçi  





Xəbər lenti