Niyazi Səfərov: “İşçilərin heç biri ixtisar olunmayıb”

  07 Aprel 2020    Oxunub : 1816
Niyazi Səfərov: “İşçilərin heç biri ixtisar olunmayıb”
Azərbaycanda fəaliyyət göstərən sənaye parklarının ərazisində yerləşən müəssisələrdə işçilərin heç biri ixtisar olunmayıb.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, Sumqayıt Kimya Sənaye Parkında çalışan işçilərin fəaliyyəti rezidentlər tərəfindən təmin olunur: “Burada da ixtisar yoxdur. İşlər digər sənaye parklarında da təmin olunur”.

Aytən Zəhra
Azvision.az

Teqlər: İxtisar   İşçi