Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq
  01 Yanvar 2014    Oxunub:1045
Sabah hava yağmursuz keçəcək. Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Deportamentindən AzVision.az–a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Havanın temperaturu gecə 1-4 dərəcə isti, gündüz 5-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvar ayının 2-də gecə və səhər az qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir, bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 7-10 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta təşkil edəcəkdir.


Teqlər:





Xəbər lenti