ABŞ neft hasilatını azalda bilər

ABŞ neft hasilatını azalda bilər
  07 Aprel 2020    Oxunub:2027
ABŞ Prezidenti Donald Tramp OPEC + ölkələri arasında razılaşmanın əldə edilməsinin ardınca ABŞ-ın neft hasilatını azalda biləcəyini istisna etməyib. Onun sözlərinə görə, OPEC + ölkələri bu barədə Vaşinqtondan soruşsa, qərar verilə bilər.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp bu barədə hələ heç kəsin ona müraciət etmədiyini deyib.

Tramp əlavə edib ki, neft hasilatının azaldılması avtomatik olaraq baş verə bilər, çünki bazarda tələb yoxdur.

Qeyd edək ki, koronavorusun yayılması fonunda OPEC + ölkələri arasında neft hasilatını azaltmaq barədə razılaşma əldə edilmədiyi üçün neftin dünya bazarında qiyməti aşağı düşüb.

Azvision.az



Teqlər: ABŞ   Neft  





Xəbər lenti