Yeni ili liftdə qarşıladı

Yeni ili liftdə qarşıladı
  01 Yanvar 2014    Oxunub:1164
2014-cü ilin ilk fövqəladə hadisələri.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən ikinci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirib, qapılarını açıb və zərərçəkmişi liftdən çıxmasına şərait yaraıblar. Əməliyyat saat 00:23-də başa çatıb;

01 yanvar 2014-cü il saat 03:00-dək, ilkin məlumata əsasən: Lənkəran rayonunda vətəndaşa məxsus ümumi sahəsi 360 kv.m olan birmərtəbəli 4 otaqlı evin hamamının tavanı 5 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb;

Tovuz şəhərində vətəndaşlara məxsus "Opel" və "VAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol qəza hadisəsi baş verib. Yanğın nəticəsində "VAZ" markalı avtomobilin salonu və mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb;

Astara şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb;

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan ikiotaqlı evin eyvanına yığılmış stol və stul 5 kv.m sahədə yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 00:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb;

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan qarajın üstünə yığılan taxta yeşiklər yanıb. Qaraj yanğından mühafizə olunub. Yanğın saat 00:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb;

Şəmkir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin girişində lambirdən ibarət tavan 5 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti