Koronavirusa yoluxan Maldini sağaldı

Koronavirusa yoluxan Maldini sağaldı
  04 Aprel 2020    Oxunub:3324
Koronavirus infeksiyasına yoluxan "Milan" klubunun futbolçusu Daniel Maldini sağalıb.
Azvision.az xəbər verir ki, bu barədə 18 yaşlı hücumçu "İnstaqram" hesabında məlumat yayıb.

"Hər şey qaydasındadır. Artıq məndə simptomlar yoxdur. Fərdi məşqləri davam etdirirəm", - deyə o bildirib.

Qeyd edək ki, Daniel Maldini "Milan"ın texniki direktoru Paulo Maldininin oğludur.

Azvision.az


Teqlər: Milan   Maldini  





Xəbər lenti