Teymur Rəcəbov ilk onluqdakı mövqeyini qorudu

  01 Aprel 2020    Oxunub : 1757
Teymur Rəcəbov ilk onluqdakı mövqeyini qorudu
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
Azvision.az xəbər verir ki, reytinq cədvəlində Azərbaycan şahmatçılarından yalnız Teymur Rəcəbov ilk onluqda yer alıb.

Dünya kubokunun qalibi olan T.Rəcəbov 9-cu pillədəki yerini qoruyub. Hazırda onun aktivində 2765 xal var.

Digər şahmatçımız Şəhriyar Məmmədyarov isə 10-cu sıradakı mövqeyini itirib. Aktivində 2764 xal olan Ş.Məmmədyarov bir pillə geriləyərək 11-ci yerdə qərarlaşıb.

Azvision.az

Teqlər: TeymurRəcəbov