Qarabağda daha bir erməni hərbçi yaralanıb

  04 Fevral 2020    Oxunub : 1449
 Qarabağda daha bir erməni hərbçi yaralanıb
Fevralın 2-də Xankəndi-Əsgəran magistral yolunun 16-cı kilometrliyində 1993-cü il təvəllüdlü Şuşa sakininin idarə etdiyi "Opel Vectra" markalı avtomobil qəzaya düşüb.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, yol buz bağladığından hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində xəsarət alan sürücü Xankəndində yerləşən hərbi xəstəxanaya aparılıb. Onun nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyi məlum olub.

Qəza törədən şəxs hərbçi olsa da, Ermənistan tərəfi bunu gizlətməyə çalışır.

Azvision.az

Teqlər: Erməni   Hərbçi   Qəza