Şenol Günəş püşkü dəyərləndirdi: “Biz Bakını istəyirdik”

Şenol Günəş püşkü dəyərləndirdi:    “Biz Bakını istəyirdik”
  01 Dekabr 2019    Oxunub:4105
"Rəqiblərimizdən daha çox qrup oyunlarını hansı şəhərdə keçirəcəyimizi, səyahətləri müzakirə etmişdik. Biz Bakını istəyirdik"
Azvision.az xəbər verir ki, bunu futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avropa çempionatının final mərhələsinin püşkatmasının nəticələri barədə danışarkən deyib.

"Uzun bir səyahət olsa da, Azərbaycanda doğma meydanımızdakı kimi oynayacağımızı düşünürük" - deyə baş məşqçi bildirib.

Qeyd edək ki, noyabrın 30-da Buxarestdə baş tutan püşkatmanın nəticələrinə əsasən, A qrupunda yer alan Türkiyə millisi iki oyununu Bakıda keçirəcək.

Azvision.az



Teqlər: Türkiyə   Şenol-Günəş  





Xəbər lenti