Azvision.az Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, Bakıda Moldovanı 3:1, Monteneqronu 3:2, Slovakiyanı 2:0 hesabı ilə məğlub edən Azərbaycan millisi qrup birincisi kimi mərhələ adlayıb. İlkin mərhələdən mübarizəyə başlamış komandalardan Finlandiya və Belarus elit-raunda yüksəlməyi bacarıblar. İspaniya, Sloveniya, Ukrayna, Slovakiya, İtaliya, Qazaxıstan, Rumıniya, Serbiya, Fransa, Rusiya, Xorvatiya, Portuqaliya və Çexiya komandaları da növbəti mərhələyə yüksəliblər.
Elit-raundun püşkü noyabrın 7-də Nyonda atılacaq. Hər qrupda əsas mərhələni 1-ci pillədə başa vurmuş iki, eyni zamanda ikinci pillədə qərarlaşmış iki komanda yer alacaq. Bu mərhələnin oyunları gələn il yanvarın 28-dən fevralın 2-dək keçiriləcək.
Azvision.az