Müqaviləsiz işçi işlədənlər cərimələnib - 1.5 milyon manat
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin səyyar monitorinqlərinin başlamasının 2 ili bağlı keçirilən tədbirdə bildirilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2017-ci il tarixli 1349 nömrəli Fərmanına əsasən yaradılmış Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi və bu sahədə tikinti subyektlərinə metodiki köməklik göstərilməsi vəzifəsini həyata keçirir.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: ASAN-Xidmət Müqavilə İşçi