Depozit hərracının nəticələri açıqlandı

Depozit hərracının nəticələri açıqlandı
  07 Oktyabr 2019    Oxunub:1777
Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.
Bankdan Azvision.az -a bildirilib ki, oktyabrın 7-də AMB tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 583,6 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26 faiz təşkil edib.

Azvision.az



Teqlər: AMB   Dollar   Manat   Məzənnə  





Xəbər lenti