Saxtakarlıq edən 779 nəfərin sosial yardımı kəsildi
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, seçmə üsulla aparılan araşdırma və təhlillər nəticəsində şübhə doğuran bəzi məqamlar üzə çıxıb.
Müvafiq olaraq müqavilələrə 37 halda 1 gün, 20 halda 2 gün, 35 halda 3 gün, 28 halda 4 gün, 19 halda isə 5 gün qüvvədə olmaqla ÜDSY təyinatı aparıldıqdan sonra xitam verilib. Həmçinin müəyyən edilib ki, 19 işəgötürən tərəfindən 378 nəfər şəxslə əmək müqaviləsi bağlanılsa da, həmin işəgötürənlərin heç biri 2019-cu ildə sosial sığorta haqqı ödəməyib. Həmin müqavilə bağlanılanların hamısı ÜDSY təyinatı aparılanlardır. Araşdırmalar onu deməyə əsas verir ki, müqavilələr məhz sosial yardım almaq hüququnun yaradılması üçün bağlanılıb.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas məqsədlərindən biri də məhz məmur-vətəndaş təmasını aradan qaldırmaq, vətəndaş məmnunluğunu təmin etməklə aztəminatlı ailələrin ünvanlı sosial yardıma çıxışında ünvanlılıq prinsipinin əsas götürülməsidir. Nazirlik tərəfindən bu istiqamətdə araşdırmalar davamlı olaraq aparılacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək"-deyə, məlumatda qeyd olunub.
Azvision.az
Teqlər: ƏƏSMN