İxtisas seçimi başa çatdı - Nəticələr nə vaxt bilinəcək?

   İxtisas seçimi başa çatdı -    Nəticələr nə vaxt bilinəcək?
  07 Avqust 2019    Oxunub:7142
2019-2020-ci tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi başa çatıb.
Təhsil eksperti Kamran Əsədov Azvision.az -a bildirib ki, 58289 nəfər bu imkandan istifadə edib. Onun sözlərinə görə, nəticələrin avqustun 8-də elan olunacağı gözlənilir:



I ixtisas qrupu üzrə 15223 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 17031 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib (15101 abituriyent müsabiqə şərtini ödəyib).

II ixtisas qrupu üzrə 14181 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 14044 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib (10166 abituriyent müsabiqə şərtini ödəyib).

III ixtisas qrupu üzrə 11271 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 18265 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib (17465 abituriyent müsabiqə şərtini ödəyib).

IV ixtisas qrupu üzrə 3710 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 4460 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib (4082 abituriyent müsabiqə şərtini ödəyib).

V ixtisas qrupu üzrə 3462 plan yeri ayrılıb. 5278 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib.

Qeyd edilib ki, bu il ümumilikdə 46814 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçimi etmək hüququ əldə edib.

Azvision.az


Teqlər: Təhsil   Qəbul   İmtahan   Ekspert  





Xəbər lenti