Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır
  05 Avqust 2019    Oxunub:1731
Avqustun 5-də 2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə elektron qaydada sənəd qəbulu prosesinə start verilir.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, peşə təhsili müəssisələrinə qəbul prosesinin rahatlığını və şəffaflığını təmin etmək məqsədilə ərizə qəbulu avqustun 5-dən 20-dək “ASAN xidmət” mərkəzlərində təşkil ediləcək. “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə vətəndaşlara müvafiq peşə təhsili müəssisələrində elektron qaydada qeydiyyat üçün şərait yaradılacaq.

Peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir.

Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır. Nəticələrin avqustun 21-də elan olunması nəzərdə tutulub.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi   Sənəd   Qəbul   Peşə   Təhsil  





Xəbər lenti