Təhsil Nazirliyinə 22557 müraciət daxil olub

Təhsil Nazirliyinə 22557 müraciət daxil olub
  01 Avqust 2019    Oxunub:1701
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) bu ilin iyul ayında daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 22 min 557 müraciət daxil olub. Statistikaya görə, Telefon Məlumat Mərkəzində 18 min 672 zəng qəbul edilib.

Vətəndaşların Qəbulu Mərkəzində isə 3 min 885 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat və Vətəndaşların Qəbulu mərkəzlərinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1606 (651 ərizə, 955 məktub) sənəd qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), tələbələrin köçürülməsi və ümumi təhsil sahəsinə aid məsələləri əhatə edib.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti