Magistraturaya qəbul qaydalarında dəyişiklik

Magistraturaya qəbul qaydalarında dəyişiklik
  01 Avqust 2019    Oxunub:2707
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edib.
Azvision.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov qərar imzalayıb.

Qərara əsasən, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın 3.5-ci bəndinə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının” sözlərindən sonra “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının” sözləri əlavə edilib.

Azvision.az


Teqlər: Magistratura   Qəbul  





Xəbər lenti