Komitə sədri və müavinləri qəbul keçirib
Komitədən Azvision.az -a verilən xəbərə görə, qəbuldan öncə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Ümummilli Lider Heydər Əliyevin şəhərdə ucaldılan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Qəbullarda əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciətlərə baxılıb. Tovuz, Şəmkir, Ağstafa, Qazax və Gədəbəy rayonlarının sakinlərinin iştirak etdiyi qəbullar zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə Komitənin bölgə şöbəsinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Azvision.az