Nazirlik popkorn satan gənci tapdı: 17 yaşı var, işsizdir

Nazirlik popkorn satan gənci tapdı:  17 yaşı var, işsizdir
  09 May 2019    Oxunub:14220
“Bir neçə gündür Azneft Meydanının yaxınlığındakı keçiddə popkorn satan gənclə bağlı geniş müzakirələr aparılır. Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə həmin gənci tapdıq”.

Azvision.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.
O bildirib ki, popkorn satan gənc Seyfullayev İsrafil Vüqar oğludur: “2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017-ci ildə IX sinfi, icbari təhsil mərhələsini bitirib. Hazırda təhsil almır, Binəqədidə yaşayır. Əmək Məcələsi 15 yaşından sonra işləmək hüququ verir. İsrafilin arzusuna uyğun olaraq peşə məktəbinə qəbul olunması üçün ona təklif ediləcək".

Qeyd edək ki, Milli Məclisin deputatı Rasim Musabəyov Azneft meydanı yaxınlığında yeraltı keçiddə popkorn satan uşaqla bağlı status yazaraq, onu şəhər sakinlərini zəhərləməkdə, elektrik enerjisindən pulsuz istifadə etməkdə, vergidən yayınmaqda ittiham etmişdi. Daha sonra deputat həmin şəxsin keçiddə olmaması ilə bağlı məlumat paylaşmışdı.

Aytən Zəhra
Azvision.az




Teqlər: TN  





Xəbər lenti