Mehriban Əliyeva şagirdlərin ifasını dinlədi - FOTOLAR
Təhsil ocağında əqli və fiziki cəhətdən geri qalmış, psixi inkişafında ləngiməsi olan 900 şagird təhsil alır. Onlardan 220-nə məktəbdə, qalanlarına isə evlərində fərdi qaydada dərs keçirilir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili ilə 242 müəllim məşğul olur.
Onlar daun sindromlu, autizm, ümumtəhsil proqramını mənimsəyə bilməyən və əqli inkişaf geriliyi diaqnozu olan uşaqlara təlim keçirlər. Məktəbdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Burada uşaqlar gündə 2 dəfə qidalanırlar.
Qeyd edək ki, Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı göstərən Heydər Əliyev Fondu onların intellektual inkişafı, sağlam vətəndaşlar kimi boya-başa çatmaları üçün mühüm tədbirlər həyata keçirir.
Fond xüsusi qayğıya ehtiyacı olan uşaqları da hər zaman diqqət mərkəzində saxlayır, müxtəlif aksiyalar reallaşdırmaqla onlara sevinc bəxş edir. Bu dəfə də uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi. Fondun prezidenti Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı bu müəssisəyə dəfələrlə baş çəkib, burada yaradılan şəraitlə maraqlanıb. Birinci vitse-prezident Mehriban Əliyeva məktəbin musiqi sinfində şagirdlərin ifasını dinlədi.
Azvision.az
Teqlər: Mehriban-Əliyeva Birinci-vitse-prezident